İnstall Group şirkətinin fəaliyyətinin əsas istiqamətlərindən biri həm nümunəvi, həm də fərdi layihələrə əsasən kotteclərin və villaların layihələndirilməsindən və tikintisindən ibarətdir. Onların yaradılmasına biz ən təcrübəli dizaynerləri və memarları cəlb edirik. 5 illik fəaliyyətimiz ərzində inşaat bazarında texnika və materialların tədarükçüləri ilə sıx əlaqələr qurmuşuq. Əlavə olaraq asma ventilyasiya fasadlarının və şüşə sistemlərin quraşdırılmasını həyata keçiririk. Binaların xaricdən və daxildən naxışlanması üçün unikal təkliflər irəli sürür, Sizin vaxtınızdan və büdcənizdən daha səmərəli şəkildə istifadə edirik.